Artur Poqosyan 6 il müddətinə Ermənistan İstintaq Komitəsinin sədri təyin edilib.
Bakıvaxtı.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müvafiq qərar noyabrın 28-də hökumətin iclasında qəbul edilib.
Digər qərarla Eduard Akopyan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, həm Poqosyan, həm də Akopyan dövlət idarəetmə sistemində yeni insanlar deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyanın tələbi ilə Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, eləcə də daha bir neçə yüksək vəzifəli məmur istefa veriblər.