Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Braziliya millisinə məğlubiyyətdən (1:4) sonra qərara gəlib.
“Gələcək haqqında düşünməliyik və bu, Koreya millisinin oyunçuları ilə bağlı olmayacaq. Mən bunu futbolçulara və Cənubi Koreya Federasiyasının prezidentinə bildirdim" deyən P.Bentonun sözlərinə görə, bu qərar hələ sentyabr ayında qəbul edilib.
"Oyunçulara etdiklərinə görə təşəkkür etməliyəm. Onlar bütün güclərini qoydular və mən onların məşqçisi olduğum üçün şadam və fəxr edirəm”.
















