Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Agence France-Press” şəhərin polis departamentinə istinadən bildirib.
Ən azı 1 nəfərin öldüyü və altı nəfərin yaralandığı qeyd olunub.
Həmçinin əlavə edilib ki, atəş açan şəxs artıq saxlanılıb.
















