• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mirzoyan Belçikaya gedir

DÜNYA

22 Yanvar 2023 | 15:46 | Müəllif: Subhan Mahmudov

Mirzoyan Belçikaya gedir

Yanvarın 23-25-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü "Facebook"da paylaşım edib.

Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə də görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026