• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paytaxtda partlayış oldu - 5 polis yaralandı

DÜNYA

10 May 2023 | 13:48

Paytaxtda partlayış oldu - 5 polis yaralandı

Suriyanın paytaxtı Dəməşqin şimalında, polis məntəqəsi yaxınlığında avtomobilin partladılması zamanı baş verən yanğın nəticəsində 5 polis əməkdaşı yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə yerli “Sham” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə Dəməşqin Masakin-Berzi rayonunda polis məntəqəsi yaxınlığında avtomobilə qoyulan bombanın partlaması nəticəsində baş verib. Yaralanan polis əməkdaşlarından biri zabitdir.

Qeyd edək ki, Dəməşqdə sonuncu dəfə partlayış aprelin 2-də törədilib. Hadisə nəticəsində itkilər barədə məlumat yayılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR