• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Paytaxtın küçə və prospektləri qardan təmizlənib

CƏMİYYƏT

09 Yanvar 2023 | 09:03 | Müəllif: Qalib İbrahimoğlu

Paytaxtın küçə və prospektləri qardan təmizlənib

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.


Paytaxtın küçə və prospektləri qardan təmizlənibPaytaxtın küçə və prospektləri qardan təmizlənibPaytaxtın küçə və prospektləri qardan təmizlənib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026