• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Pele yenidən xəstəxanaya yerləşdirildi

İDMAN

14 Fevral 2022 | 19:26 | Müəllif: Subhan Mahmudov

Pele yenidən xəstəxanaya yerləşdirildi

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə keçmiş dünya çempionu öz İnstaqram hesabında paylaşım edib.

82 yaşlı keçmiş hücumçu bağırsaqlarındakı şişin müalicəsi üçün xəstəxanaya yollandığını deyib: “Superboula baxmaq üçün artıq böyük televizor və popkorn sifariş etmişəm. Dostum Tom Bredi oynamasa da, matça baxacam. Bütün dəstək və sevgi mesajlarına görə təşəkkür edirəm”.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında bağırsağındakı şişə görə əməliyyat olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR