• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

PSJ “Barsa”ya Neymarı transfer etməyi təklif etdi

İDMAN

15 Mart 2022 | 23:07

PSJ “Barsa”ya Neymarı transfer etməyi təklif etdi

PSJ “Barselona”ya Neymarı transfer etməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, hücumçu artıq toxunulmaz hesab edilmir və PSJ bir neçə aydır ki, braziliyalı üçün yeni klub axtarır.

Son həftələrdə parislilər onu bir neçə Avropa komandasına, o cümlədən “Barselona”ya təklif ediblər.

30 yaşlı futbolçunun və “Barsa”nın belə bir transfer perspektivinə necə münasibət bəslədiyi hələ məlum deyil.

Bu mövsüm futbolçu PSJ-nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, noyabrda aldığı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026