• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Boksçumuz Avropa çempionatında ikinci qələbəsini qazandı

İDMAN

15 Mart 2022 | 21:03

Boksçumuz Avropa çempionatında ikinci qələbəsini qazandı

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau ilə olacaq.

Qeyd edək ki, bu gün axşam seansında yığmamızın digər üzvü Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR