• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton soyadını dəyişir

İDMAN

15 Mart 2022 | 08:44 | Müəllif: Qalib İbrahimoğlu

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton soyadını dəyişir

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton soyadını dəyişmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yeddiqat dünya çempionu L.Hamilton Dubayda Ümumdünya Sərgisi çərçivəsində mətbuat konfransında məlumat verib.

Bildirib ki, soyadına anasının qızlıq familiyasını əlavə edəcək. Artıq o, Luis Hamilton-Larbalastye adlanacaq.

“Soyadımla çox fəxr edirəm. Anamın soyadı Larbalestyedir və mən onun familiyasını soyadıma əlavə etmək üzrəyəm. Evləndikdən sonra qadının soyadının dəyişməsini başa düşmürəm və çox istəyirəm ki, anamın soyadı həmişə yaşasın”, - deyə Formula 1 pilotu əlavə edib (AzərTac).

L.Hamilton bildirib ki, Formula 1 üzrə dünya çempionatının ilk mərhələsi olan – Bəhreyin Qran-Prisində yeni soyadı ilə təqdim olunmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026