• Bakı 11° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Peter Siyarto Ukraynanı tənqid etdi

DÜNYA

31 Yanvar 2023 | 14:49

Peter Siyarto Ukraynanı tənqid etdi

“Macarıstan hər zaman Ukrayna ilə yaxşı əlaqələr qurmaq istəyib. Bunun üçün bir çox səbəblər var”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, müharibədən əvvəl də bunu istəyiblər:

“Orada 150 min macar yaşayır. Biz onların həyatının daha yaxşı olmasını istəyirdik. Biz qonşu ölkələrik. Amma ukraynalılar bu məsələlərdə heç vaxt bizlə bu mövzularda tərəf müqabili olmadılar”.

Nazir son 8 ildə Ukraynada macar və digər milli azlıqların hüquqlarını, o cümlədən ana dilində təhsil haqqını məhdudlaşdıran qanunların qəbul edildiyini xatırladıb və bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

“İndi sual edirəm ki, bu qanunlara nə ehtiyac var idi? İndi isə qonşu ölkələrdən yardım istəyirlər. Macarıstan və Ukraynanın əlaqələrinin daha yaxşı olması arzusu isə sadəcə təkyönlü istəkdir və bu ancaq Macarıstan tərəfindən göstərilir. Mən hər zaman ukraynalı həmkarlarımla işbirliyinə açığam və indi də hazıram. Ancaq indiki həmkarım heç mənə zəng etmir”.

Siyarto ölkəsinin çünki müharibənin qısa müddətdə bitməsini istədiyini deyib.


SON XƏBƏRLƏR

28 Mart 2024