• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Peyvənd orucu pozur?

GÜNDƏM

02 Aprel 2021 | 11:02

Peyvənd orucu pozur?

Türkiyədə Dəyanət İşləri İdarəsi peyvəndin oruca təsiri barədə sualı cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayır.

“Qida dəyəri olmayan peyvəndlər orucu pozmaz. Müalicəsi davam edən xəstələr sağlamlıqlarını bərpa edib müalicələrini bitirənə qədər oruclarını təxirə sala bilərlər”, - deyə bildirilir.

Eyni zamanda, qeyd edilir ki, oruc tutulmasına başqa maneə yoxdursa, iynələri iftardan sonra vurdurmaq məqbul sayıla bilər.

Türkiyə Ailə Həkimləri Dərnəkləri Federasiyasının (AHEF) sədr müavini Hacı Yusif Eryazğan bildirib ki, epidemiyanın sona çatması üçün gərək peyvəndləmə prosesini ləngitməyək.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026