• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pezeşkian: Qüds azad edilənədək dəstəyimiz davam etdirəcək

DÜNYA

11 Iyul 2024 | 10:02

Pezeşkian: Qüds azad edilənədək dəstəyimiz davam etdirəcək

İran İslam Respublikası məzlum Fələstin xalqına bütün istəkləri reallaşana, hüquqları bərpa olunana, Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək.

Bakıvaxtı.az ” İRNA-ya istinadən xəbər verir ki, bu, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə təbrikinə təşəkkür məktubunda bildirib.

O qeyd edib ki, İslam İnqilabının yüksək prinsip və məqsədlərini müdafiə edərək, İmam Xomeyninin idealları və ali rəhbər Seyid Əli Xamənenin göstərişləri çərçivəsində, islam dinini dəstəkləməyi özünün insani və dini vəzifəsi hesab edir: “Əminəm ki, müqavimət göstərən Fələstin xalqına qələbə və ilahi zəfər nəsib olacaqdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026