• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Polisə karantin postlarının qurulması göstərişi verilib? - AÇIQLAMA

GÜNDƏM

18 Mart 2021 | 14:56

Polisə karantin postlarının qurulması göstərişi verilib? - AÇIQLAMA

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı açıqlanıb.

 Sosial şəbəkələrdə geniş müzakirə olunan koronavirusun yeni növünün aşkarlanması ilə əlaqədar bayram günlərində rayonlara gediş-gəlişə qadağa qoyulacağı bildirilir. Hətta Bakıya giriş-çıxışla bağlı qadağaya nəzarət üçün polislərə göstəriş verildiyi, postların qurulmasına başlanıldığı iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq, məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Postların qurulması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar verilməlidir. Hazırda belə bir qərar yoxdur, polisə post qurulması ilə bağlı da göstəriş verilməyib. İnsanlar sərbəst şəkildə rayonlara gedib gəlir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR