Rusiyanın Sankt-Peterburq şəhərindəki Ukrayna konsulu Aleksandr Sosonyuk saxlanılıb.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Qeyd olunub ki, ukraynalı diplomat Rusiya vətəndaşından məxfi məlumat alarkən saxlanılıb. Əlavə edilib ki, diplomatla bağlı beynəlxalq hüquq normalarına uyğun tədbir görüləcək.(azvision.az)
















