Aprelin 17-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, Təhsil naziri Emin Əmrullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kampaniyada iştirak ediblər.
















