Ukrayna taxılının Polşa ərazisindən tranzitlə üçüncü ölkələrə daşınmasına icazə verilib.
Bakıvaxtı.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Polşa hökumətinin spikeri Piotr Müller bildirib. Onun sözlərinə görə, Polşada Ukrayna taxılının boşaldılması olmayacaq.
"Yaxın günlərdə bu günə qədər Polşada ərzaq bazarının qeyri-sabitləşməsinə səbəb olan bu cür taxıl ixracını dayandıracaq mexanizmlər hazırlanacaq. Biz əmin olacağıq ki, bu ixraclar birbaşa ölkəyə getsin. Üçüncü ölkələr, malları Polşaya boşaltmadan”, - Müller bildirib.
Polşa Prezidenti yanında Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç Ukrayna taxılının məhsuldan əvvəl Polşadan çıxarılmasının vacibliyini bildirib.
Onun sözlərinə görə, bunun üçün infrastrukturun, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və sərhədin bağlanması tələb olunacaq ki, Ukrayna taxılı ilə Polşa bazarında spekulyasiya etmək mümkün olmasın.
İsmayıl Alısoy
















