Uzun müddət davam edən COVID-19-un yeni mümkün səbəbi aşkar edilib.
Bakıvaxtı.azbu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, qanda dəmir çatışmazlığı və orqanizmin bu maddənin səviyyəsini tənzimləmək qabiliyyətinin pozulması uzun müddət davam edən COVID-19-un səbəbi ola bilər.
Post-Covid sindromu və ya uzun müddətli COVID-19, koronavirus infeksiyasından sonra baş verən və 12 həftədən çox davam edən xoşagəlməz patoloji simptomlardır. Bunlara yorğunluq, apatiya, diqqəti cəmləyə bilməmək və beyin dumanı hissi daxildir.
Alimlər izah ediblər ki, bədəndə infeksiya baş verdikdə, dəmiri qan dövranından çıxararaq cavab verir. Bu, qan dövranında dəmiri ələ keçirən və sürətlə çoxalan potensial ölümcül bakteriyalara qarşı qoruyucu mexanizmdir. Bu proses uzun müddət davam etdikdə, artan dəmir çatışmazlığı oksigenin bədəndə daha az səmərəli şəkildə daşınmasına səbəb olur. Bu, daimi fiziki zəiflik, dumanlanmış şüur və apatiya hissi ilə əlaqələndirilir.
Mina Mikayılova







jpg-1712813597.webp)








