• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

SİYASƏT

16 Dekabr 2022 | 11:02 | Müəllif: Qalib İbrahimoğlu

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Prezident İlham Əliyev Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə məktub göndərib.

Bakıvaxtı.az-ın məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026