• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Prezident Laçın kanat yolunun təməlini qoyub

SİYASƏT

27 May 2025 | 10:40

Prezident Laçın kanat yolunun təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçısına görüləcək işlər barədə məlumat verdi.

Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinə ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.


Prezident Laçın kanat yolunun təməlini qoyubPrezident Laçın kanat yolunun təməlini qoyubPrezident Laçın kanat yolunun təməlini qoyub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026