• Bakı 13° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

CƏMİYYƏT

13 Yanvar 2024 | 16:21

Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur:

“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR