• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

PSJ və "Borussiya" YARIMFİNALDA

İDMAN

17 Aprel 2024 | 01:08

PSJ və Borussiya YARIMFİNALDA

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, aprelin 16-da cavab oyunlarına start verilib.

İlk gündə iki görüş keçirilib. İspaniya təmsilçilərindən “Barselona” ev, “Atletiko” səfər matçına çıxıb. Hər iki klub birinci görüşündə minimalhesablı qələbə qazanmışdı.

PSJ səfərdə “Barselona”nı 4:1 hesabı ilə məğlub edib. Dortmund “Borussiya”sı isə evdə “Atletiko”ya 4:2 qalib gələrək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4 

Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61 (p), 89

Qırmızı vərəqə: Arauxo, 32

Baş hakim: İstvan Kovaç (Rumıniya)

Barselona, “Olimpik Lyuis Kompanis” stadionu

İlk oyun – 3:2

“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2 

Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Hummels, 49 (ö.q.). Korrea, 64

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun – 1:2


SON XƏBƏRLƏR

29 Aprel 2024