"Rusiya Prezidenti Vladimir Putin 8-ə yaxın generalı işdən çıxarıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov yerli telekanallara deyib.
Onun sözlərinə görə, Putin Ukraynada uğursuz kəşfiyyat nəticəsində bir sıra biabırçı məğlubiyyətlərdən sonra qəzəblənərək, bu addımı atıb.
“Bu gün biz düşmənin əlində hansı planların olduğunu aydın başa düşürük. Üstəlik, indi fərqli taktikaya əl atıblar. Rəhbərliyi dəyişirlər. Rusiya Federasiyasında nə baş verdiyini aydın başa düşürük. Üstəlik, onların ümidsizlik içində olduqlarını deyə bilərəm”.
Ramid İbrahimov
















