• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Putin Ukraynanın əks-hücumunu şərh etdi

DÜNYA

16 Iyul 2023 | 22:16 | Müəllif: Subhan Mahmudov

Putin Ukraynanın əks-hücumunu şərh etdi

Ukrayna əks-hücum zamanı Rusiyanın müdafiəsini yara bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

“Düşmənin müdafiəmizi yarmaq üçün etdiyi bütün cəhdlər - bu, strateji ehtiyatlardan istifadə də daxil olmaqla bir vəzifədir - əks-hücumun başladığı vaxtdan bəri uğursuz oldu. Düşmən uğur qazanmır”, - Putin “Moskva. Kreml. Putin” proqramında bildirib.

Putin xüsusi hərbi əməliyyatın gedişini müxbət qiymətləndirdiyini də vurğulayıb:

“Birləşmələrimiz özünü qəhrəmancasına aparır. Düşmən üçün gözlənilmədən bəzi ərazilərdə hücuma keçirlər, ən sərfəli mövqeləri tuturlar, yüksəklikləri götürürlər və s.”

Putin xüsusi hərbi əməliyyatın gələcək vəzifələri haqda sualı bu cür cavablandırıb:

“Bunu sizə kameralar söndürüləndən sonra ayrıca deyərəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR