• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Putin yeni qanun İMZALADI

DÜNYA

16 Aprel 2022 | 13:20 | Müəllif: Subhan Mahmudov

Putin yeni qanun İMZALADI

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.

Bakıvaxtı.az TASS-a istinadən bildirir ki, dövlət başçısının özünün parlamentə təqdim etdiyi sənəd şənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.

Protokol "əlaqələndirici dövlət" anlayışını təqdim edir və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin (KSQ) yaradılmasını nəzərdə tutur. Sənədin mətnində deyilir ki, KSQ-nin bu cür tədbirlərdə iştirak şərtləri əlaqələndirici dövlətin BMT-nin səlahiyyətli bölməsi ilə bağladığı razılaşmada müəyyən edilir.

Protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026