• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin Türkiyəyə səfər proqramı AÇIQLANDI

DÜNYA

04 Fevral 2024 | 23:40 | Müəllif: Subhan Mahmudov

Putinin Türkiyəyə səfər proqramı AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, Akkuyu AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır:

“Prezidentlərimiz müntəzəm olaraq ünsiyyət qururlar. Səfərdə qaz sektoru, energetika, Akkuyu AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, o cümlədən Qəzzadakı vəziyyət müzakirə ediləcək”.

Qeyd edək ki, yaxın zamanda Putinin Türkiyəyə səfəri gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR