• Bakı 19° C

    14.71 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Putinin xaç atası da qara siyahıya salındı

DÜNYA

21 May 2025 | 00:12

Putinin xaç atası da qara siyahıya salındı

Avropa Birliyi Şurası Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinin həyata keçirilməsində məsul olan 21 fiziki və 6 hüquqi şəxsə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının 20 may tarixli qərarında bildirilib.

Sanksiya siyahısına Rusiya Prezidenti Vladimir Putinin xaç atası, Viktor Medvedçukun da adı daxil edilib.

Yeni sanksiyaların tətbiqi ilə A BRusiyanın xaricdəki sabitliyi pozan fəaliyyətində iştirak edən şəxslərin aktivlərini əhatə etmək üçün sanksiyaların əhatə dairəsini də genişləndirib. Sanksiyalar qayıqlara, təyyarələrə, daşınmaz əmlaka, rəqəmsal və kommunikasiya şəbəkələrinin fiziki elementlərinə, habelə kredit təşkilatlarının, maliyyə institutlarının və kripto-aktiv xidmət provayderlərinin birbaşa və ya dolayı yolla Rusiyada sabitliyin pozulmasına kömək edən əməliyyatlarına şamil edilir.

Qeyd edək ki, bu gün AB Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.


SON XƏBƏRLƏR

20 May 2025