• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qalatasaray” darmadağınla çempion oldu

İDMAN

30 May 2023 | 23:16 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” darmadağınla çempion oldu

Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Qalatasaray” 36-cı turda səfərdə “Ankaragücü”yə qalib gəlməklə (4:1) çempionluğunu rəsmiləşdirib.

İstanbul klubuna qələbə qazandıran qolları 7 və 38-ci dəqiqələrdə dubl edən Mauro İkardi, 73-cü dəqiqədə fərqlənən Barış Yılmaz və 78-ci dəqiqədə topu rəqib qapısından keçirən Serjio Oliveyra vurublar.

“Qalatasaray”ın ən yaxın izləyicisi” “Fənərbağça” da turu qələbə ilə başa vurub. Komanda Enner Valensiyanın yeganə qolu ilə öz meydanında “Antalyaspor”u məğlub edib.

Bu nəticələrdən sonra “Qalatasaray” xalını 82-yə çatdırıb və “Fənərbağça” ilə 5 xallıq fərqi qoruyub. Qalan bir görüşdə “Fənər”in rəqibinə çatması mümkün deyil.

Bu, “Qalatasaray”ın 23-cü çempionluğudur. Klub bu göstəricidən rekordçudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026