Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, xidmət rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
















