• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qanunsuz kömür quyuları aşkarlandı - FOTO

CƏMİYYƏT

24 Aprel 2023 | 09:47

Qanunsuz kömür quyuları aşkarlandı - FOTO

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Quba rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 2 kömür quyusu aşkar olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayonu, Toğanalı kənd sakini Adil Bayramov və Quba rayonu, Xanagah kənd sakini Rəşid Seyfullayev olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.
 


Qanunsuz kömür quyuları aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR