• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qarabağ" uduzdu - YENİLƏNİB

İDMAN

18 Fevral 2022 | 01:50 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" uduzdu - YENİLƏNİB

"Olimpik Marsel" (Fransa) – "Qarabağ"  oyunu başa çatdı.

Bakıvaxtı.az xəbər verir ki, oyunda son nöqtəni qoyan  "Olimpik Marsel"in oyunçusu Dmitri Payet oldu. O, oyunun 90+2 dəqiqəsində "Qarabağ"ın qapısından 3-cü topu keçirib.

Beləliklə, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı.

 

***

01:48

"Olimpik Marsel" (Fransa) – "Qarabağ" oyunu davam edir.

Bakıvaxtı.az xəbər verir ki, "Qarabağ" hesab arasındakı fərqi azaldıb. 

85-ci dəqiqədə Kadi Borges topu rəqib komandanın qapısından keçirib: 2:1

***

00:47

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.

Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağıdır. “Velodrom” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

 

17 fevral

Konfrans Liqası

Pley-off, ilk oyun

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 2:0 (Fasilə)

Qol: Milik, 41, 44
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel. “Velodrom” stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR