• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda

İDMAN

19 Sentyabr 2022 | 14:31

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, 15 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı 6 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü noyabrın 9-na təxirə salınıb.

Top-5 liqalarda yalnız "Real Madrid" İspaniya La Liqasındakı 6 oyunun hamısında qalib gəlib.

Belçikada "Antverpen" (9), Şimali Makedoniyada "Struqa", Portuqaliyada "Benfika" (7), Lüksemburqda "Düdelanj" (7), Macarıstanda "Ferentsvaroş" (6), Yunanıstanda "Panatinaikos" (5), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 4), Ukraynada "Dnepr-1" (3), San Marinoda "Pennarossa", "Kosmos" və "Fiorita", Andorrada isə "İnter Eskaldes" (2) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026