• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

İDMAN

19 Oktyabr 2022 | 00:14 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026