• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

“İmarət” stadionu bu tarixdə istifadəyə veriləcək

İDMAN

16 Noyabr 2022 | 20:03 | Müəllif: Subhan Mahmudov

“İmarət” stadionu bu tarixdə istifadəyə veriləcək

Ağdamın "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.

Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026