• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Boks üzrə Azərbaycan çempionatı başlayır

İDMAN

16 Dekabr 2022 | 10:15

Boks üzrə Azərbaycan çempionatı başlayır

Bu gün gənclər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına dekabrın 22-də aydınlıq gələcək.

Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.


Boks üzrə Azərbaycan çempionatı başlayır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026