• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Neymar məhkəmədə ifadə verib

İDMAN

18 Oktyabr 2022 | 23:45 | Müəllif: Subhan Mahmudov

Neymar məhkəmədə ifadə verib

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar məhkəmədə ifadə verib.

Bakıvaxtı.az "Report"-a istinadən xəbər verir ki, 2013-cü ildə ölkəsinin "Santos" klubundan Kataloniya təmsilçisinə keçərkən saxtakarlığa yol verməkdə ittiham olunan braziliyalı hücumçu transfer işləri ilə atasının məşğul olduğunu bildirib.

Onun sözlərinə görə, həmin vaxt "Real Madrid"dən də təklif almışdı: "Amma ürəyim məni "Barselona"ya apardı. Bütün işləri atam gördü, mən sadəcə, müqaviləyə qol çəkdim".

Qeyd edək ki, 30 yaşlı forvardın transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.

İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.

Neymar "Santos"dan "Barselona"ya 88 milyon avro təzminat qarşılığında keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026