• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabağda binalar tikən şirkət "Azəriqaz"dan ŞİKAYƏTÇİDİR

CƏMİYYƏT

13 Mart 2023 | 11:52

Qarabağda binalar tikən şirkət "Azəriqaz"dan ŞİKAYƏTÇİDİR

İşğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən "T.T.Ş İnşaat" MMC Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən şikayətçidir.

Bakıvaxtı.az xəbər verir ki, tikinti şirkəti "Azəriqaz"dan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Kommersiya mübahisəsi hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq.

İşin mahiyyəti ilə bağlı açıqlama verilməyib.

"T.T.Ş İnşaat" MMC "MİDA" MMC "Füzuli şəhərində 8,90 ha torpaq sahəsində13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" ilə bağlı keçirdiyi tenderin qalibi olub.

"MİDA" qalib şirkət ilə məbləği 11 milyon 631 min 733.47 manat olan müqavilə imzalayıb.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR