• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Qarabağ"dan səfərdə inamlı qələbə

İDMAN

05 Mart 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"dan səfərdə inamlı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir matçı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzi görüşdə "Qarabağ" "Qəbələ"nin qonağı olub. Matç "Qarabağ"ın inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Bu qələbə ilə xallarını 65-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 32 xalı olan "Qəbələ" isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026