Ölkə ərazisində qarlı hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Bu gün Bakı və Abşeron yarımadasında qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.
Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.
Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.
Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.
Belə ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.
Yağan qar paytaxt Bakıda gözəl görüntülər yaradıb.
Bakıvaxtı.az Bakının qar mənzərəsini təqdim edir:
Fotolar- Fatimə Əşrəfli