“Sink çatışmazlığı bədəndə yara əmələ gəlməsinə, tez-tez infeksiyalar, saç və dırnaqların seyrəlməsi kimi vəziyyətlərə gətirib çıxara bilər”.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. bunu Yalova Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Vefik Arıca deyib.
Onun sözlərinə görə, sink qırmızı ət, yumurta sarısı, paxlalı bitkilər və sarımsaqda yüksək miqdarda olur: "Balqabaq tumları ən çox sink olan məhsuldur. Balqabaq tumunda sink digər məhsullara nisbətən , təxminən 10 dəfə çoxdur".
Arıca qarpız toxumlarının da sink çatışmazlığına faydalı ola biləcəyini deyib. Onun sözlərinə görə, qarpız toxumlarını istər qurudub toxum kimi, istərsə də qarpızla birlikdə yemək olar: “Hər iki növ xüsusilə yüksək lif tərkibi ilə bədəndəki xroniki qəbzliyi və bağırsaq tənbəlliyini aradan qaldıra bilir. Qarın ağrısını aradan qaldıra bilər”.
Nərgiz Məmmədli













jpg-1697012535.webp)


