• Bakı 15° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Qatarlar gecikə bilər - ADY

CƏMİYYƏT

14 Yanvar 2022 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Qatarlar gecikə bilər - ADY

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti kəskin hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.

Bakıvaxtı.az-a verilən məlumata görə, qatarların hərəkətindən gecikmə ehtimalı var.

"Hörmətli sərnişinlər, Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik", - deyə qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026