• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaxda sürücü 63 yaşlı kişini vurub qaçdı

HADİSƏ

04 Oktyabr 2022 | 00:30 | Müəllif: Subhan Mahmudov

Qaxda sürücü 63 yaşlı kişini vurub qaçdı

Qaxda 63 yaşlı kişini vuran sürücü hadisə yerindən qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Turaclı kəndində baş verib. 

Kənd sakin Bayram Əliş oğlu Nəzərəliyevi “Tofaş” markalı minik avtomobili vurub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan B. Nəzərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti ağır qiymətləndirilir. 

Hadisədən sonra “Tofaş” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov bildirib ki, sürücünün saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(lent.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026