• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Qazaxıstan üçüncü ölkələrə kartof ixracını məhdudlaşdırıb

İQTİSADİYYAT

20 Yanvar 2025 | 17:17

Qazaxıstan üçüncü ölkələrə kartof ixracını məhdudlaşdırıb

Qazaxıstan daxili bazarda qiymətləri sabitləşdirmək üçün altı ay müddətinə üçüncü ölkələrə kartof ixracını məhdudlaşdırıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu nunla bağlı Qazaxıstan hökuməti bəyanat yayıb.

Bəyanata əsasən, 2024-cü ildə qonşu ölkələrdən, xüsusən də Özbəkistandan tələbatın artması və ixrac qiymətlərinin yüksək olması səbəbindən kartof ixracı 1,5 dəfə artıb. Daxili bazarda kartofun qiymətini sabitləşdirmək məqsədilə ticarət fəaliyyəti üzrə idarələrarası komissiyanın iclasında kartofun üçüncü ölkələrə ixracının 6 ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilib. Bu qərar Avrasiya İqtisadi İttifaqı (EAEU) ölkələrinə şamil edilməyəcək, lakin bu istiqamətdə ixrac nəzarət altında olacaq.

Yaranmış vəziyyəti nəzərə alaraq 2025-ci il yanvarın 16-dan ixrac üçün fitosanitar sertifikatların verilməsi tamamilə dayandırılıb. 

Bildirilib ki, görülən tədbirlər kartofun qiymətinin sabitliyinin təmin edilməsi, əsassız qiymət artımının qarşısının alınması və bazar iştirakçıları tərəfindən spekulyativ hərəkətlərin qarşısının alınmasına yönəlib.

Gülşən Şərif


SON XƏBƏRLƏR