• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazilərin müalicəsi üçün 168 koordinator cəlb olunub

CƏMİYYƏT

17 Iyul 2023 | 12:19

Qazilərin müalicəsi üçün 168 koordinator cəlb olunub

“44 günlük Vətən müharibəsi dövründə, ölkə səviyyəsində yaralılara göstərilən tibbi xidmətlərdə TƏBİB önəmli rol oynayıb.

Müharibə zamanı 6050 çarpayı ilə 43 tibb müəssisəsi yaralılar üçün tibbi xidməti təşkil etmiş, 720 tibb işçisini əhatə edən 120 briqada cəbhə bölgəsinə cəlb edilib”.

Bakıvaxtı.az xəbər verir ki,  bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib. 

O qeyd edib ki, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə qazilərinə göstərilən tibbi xidmətin əlçatanlığını təmin etmək məqsədilə 168 koordinator işə cəlb olunub: “Bu günkü gün şəhid ailələrinə və Qarabağ qazilərimizə gündəlik tibbi xidmətin göstərilməsində bu koordinatorlar öz üzərlərinə düşən işləri görməkdədirlər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026