• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Qazprom” rəhbəri Azərbaycan Prezidentini təbrik edib

SİYASƏT

23 Dekabr 2023 | 12:27 | Müəllif: Subhan Mahmudov

“Qazprom” rəhbəri Azərbaycan Prezidentini təbrik edib

Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR