• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbələdə ağac avtomobil yoluna aşdı

HADİSƏ

29 Avqust 2023 | 18:38

Qəbələdə ağac avtomobil yoluna aşdı

Qəbələ şəhərində irigövdəli ağac avtomobil yoluna aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb.

Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR