• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qəbələdə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

HADİSƏ

02 Sentyabr 2021 | 12:20

Qəbələdə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi Elşad Şıxqəmzəyevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib.

E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026