• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Qəbiristanlıqda 4 dəfə atəş açıldı -  Saxlanılan var

HADİSƏ

05 Aprel 2023 | 10:08

Qəbiristanlıqda 4 dəfə atəş açıldı - Saxlanılan var

Goranboyda qəbiristanlıqda silahlı insident olub.

Bakıvaxtı.az  DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kənd qəbiristanlığında baş verib.

Belə ki, ərazidə atəş səsləri eşidilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərk-silah edilib.

İlkin araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə olduğu məlum olub. O, sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlib, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.

Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Qəbiristanlıqda 4 dəfə atəş açıldı - Saxlanılan varQəbiristanlıqda 4 dəfə atəş açıldı - Saxlanılan varQəbiristanlıqda 4 dəfə atəş açıldı - Saxlanılan varQəbiristanlıqda 4 dəfə atəş açıldı - Saxlanılan var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026