Qərb Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınma statusunu geri çəkməyə çağırdı.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, yeddi Qərb ölkəsi Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasını geri çəkməyə çağırdı. Müvafiq birgə bəyanat Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlandiya, Estoniya və Albaniya tərəfindən 2008 -ci il hadisələrinin ildönümünə təsadüf edib: "Bu gün yenidən Rusiya Federasiyasını ... silahlı qüvvələrini dərhal geri çəkməyə və Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin qondarma tanınmasını ləğv etməyə çağırırıq".
Bu ölkələrin nümayəndələri Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasına təəssüfləndiklərini bildiriblər.
Eyni zamanda, 2008-ci ildə Cənubi Osetiyadakı münaqişədə Rusiyanın hərəkətlərini qınayan ölkələr, Rusiya Federasiyasının bölgədən çıxmasına necə nail olmaq istədiklərinə cavab verə bilməyiblər. Jurnalistlərdən biri sənədin müəlliflərinin qarşıya qoyulan məqsədə - rus qüvvələrinin Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına nail olmaq üçün bəyanatlar verməkdən başqa nə edə biləcəyini soruşub. Münaqişədən sonrakı 13 il ərzində bunun hələ baş vermədiyini nəzərə alaraq, Estoniyanın BMT yanında daimi nümayəndəsinin müavini Andre Lipand yalnız bu cavabla kifayətlənib: “Təhlükəsizlik Şurasında bu mövzu üzərində dayanmağa davam edəcəyik və unudulmasına icazə verməyəcəyik".
Rusiya 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. 2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan bölgəyə qoşun göndərdi. Buna cavab olaraq o vaxt Rusiya Prezidenti Dmitri Medvedev sülhməramlı əməliyyatın başladığını elan etdi. Qarşıdurma beş gün davam etdi. Rəsmi statistikaya görə, Gürcüstan silahlı qüvvələrindən münaqişə zamanı ölü və ya itkin düşənlərin sayının 170, 2 minə yaxın yaraladır.Rus ordusunun rəsmi itkiləri isə 64 ölü, 291 yaralı olduğu göstərilir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















