• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qeyri-enerji sektorunda artım yüksələcək

İQTİSADİYYAT

12 Aprel 2024 | 15:54

Qeyri-enerji sektorunda artım yüksələcək

Azərbaycanda qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə, tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, dövlət sektorunun tikintiyə investisiya qoyması artıma təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir.

Bundan başqa, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırır


SON XƏBƏRLƏR

26 Iyul 2024